Türkiyədə inflyasiya 75 faizi ÖTDÜ – Ölkə yüksək bahalaşmadan xilas ola bilmir

Türkiyə Statistika Təşkilatı (TÜİK) may ayında qeydə alınan inflyasiya rəqəmlərini açıqlayıb.
Sfera.az TÜİK-ə istinadən xəbər verir ki, 2024-cü ilin mayında aylıq inflyasiya 3,37 faiz, illik inflyasiya 75,45 faiz təşkil edib. Müqayisə üçün bildirək ki, apreldə aylıq inflyasiya 3,18 faiz, illik inflyasiya 69,80 faiz idi.
TÜİK-in məlumatlarına görə, illik inflyasiya mayda 18 aylıq maksumuma çatıb.
Əvvəlki ilin eyni ayına nisbətən qiymətlərdə ən az artım geyim və ayaqqabıdadır. Bu məhsullar 50,85 faiz təşkil edib. Ən yüksək qiymət artımı isə təhsildə qeydə alınıb. Təhsil xərcləri bir ildə 104,8 faiz yüksəlib.
Qeyd edək ki, Türkiyədə dövlət qurumu ilə yanaşı, müstəqil ekspertlər tərəfindən qiymət dəyişikliyinin alternativ hesablanması aparılır. Müstəqil alimlər tərəfindən yaradılan İnflyasiya Araşdırma Qrupunun (ENAG) məlumatına görə, mayda aylıq inflyasiya 5,66 faiz, illik inflyasiya isə 120,66 faiz olub.
Vasif