Kredit götürən ölərsə, ailəsi bu halda borcu ödəmir - Yeni qaydalar AÇIQLANDI

Kredit götürən ölərsə, ailəsi bu halda borcu ödəmir - Yeni qaydalar AÇIQLANDI

Mərkəzi Bank həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirib.

 

Sfera.az xəbər verir ki, bankın yeni qərarını şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə bu addım kredit risklərinin azalmasına xidmət edəcək. O bildirib ki, yeni qaydalara görə istehlak kreditləri təqdim edilən zaman onlara ölüm və əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı sığorta müqaviləsinin də bağlanması təklif olunacaq:

 

“Mövcud qaydalara əsasən, kredit götürən dünyasını dəyişərsə, krediti onun vərəsəsi, yəni ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdı. Bu qayda əksər hallarda ailə üzvləri üçün arzuedilməyən əlavə maliyyə yükü yaradır. Yeni qaydalar isə kredit götürənə həyatını sığortalamaq imkanı verir. Bu halda borcalan dünyasını dəyişəndə onun vərəsələri öhdəlikdən azad olacaq”.

 

Millət vəkili deyib ki, kredit götürən zaman sığorta müqaviləsinin bağlanması şəffaflığın gücləndirilməsinə xidmət edəcək.

 

V.Bayramov hesab edir ki, sığorta müqavilələrinin olması riskləri azaltdığından bu, kredit faizlərinin azalmasına da təsir edəcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Röya Ayxan arxiv şəkillərini paylaşdı - FOTOLAR

Xalq artisti Röya Ayxan instaqramda arxiv fotolarını paylaşıb.   Sfera.az xəbər verir ki, estrada ulduzu illər əvvələ aid şəkilləri izləyiciləri ilə ...

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...