Təhsil üçün ayrılmış vəsaitin neçə faizi xərclənib? - STATİSTİKA 

Təhsil üçün ayrılmış vəsaitin neçə faizi xərclənib? - STATİSTİKA 

2023-cü ildə dövlət büdcəsindən təhsil üçün ayrılmış 4129.9 milyon manatın 99.9%-nin icrası təmin edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

 

O bildirib ki, hesabat ilində təhsil xərcləri ÜDM-in 3.4%-ni, dövlət büdcəsi xərclərinin isə 11.3%-ni təşkil edib. İcra edilmiş bu xərclər hesabına dövlət sifarişili bakalavriat səviyyəsi üzrə 100 726 nəfərin (əvvəlki illə müqayisədə 15 378 nəfər çox), magistratura səviyyəsi üzrə 12 977 nəfərin, rezidentura səviyyəsi üzrə 2048 nəfərin, doktoruntura səviyyəsi üzrə 619 nəfərin təhsil və təqaüd xərcləri ödənilib. 

 

Eyni zamanda, məcburi köçkün statuslu 16 841 nəfərin, şəhid və əlil olmuş şəxslərin uşaqları olan 2464 nəfərin, valideynlərini itimiş və valideyn himayəsindən məhrum olmuş 1208 nəfərin təhsil və təqaüd xərcləri dövlət büdcəsindən ödənilib. 

 

2023-ci ildə Elm üçün ayrılmış xərclər 193.8 milyon manat və ya 99.6% həcmində icra olunub. Hesabat ilinin elm xərcləri ÜDM-in 0.2%-ni təşkil edib.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...