2023-cü ildə dövlət büdcəsinin gəliri nə qədər olub? - RƏQƏMLƏR

İqtisadiyyat
12:31 / 31.05.2024
10419
2023-cü ildə dövlət büdcəsinin gəliri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil edib.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, gəlirlər proqnozla müqayisədə 1 345.9 milyon manat və ya 4,0 faiz çox icra olunub. Dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 28,6 faiz təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 5,7 faiz-bəndi çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi vergi orqanlarının, 18,0 faizi gömrük orqanlarının, 33,3 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 2,9 faizi isə digər gəlirlər üzrə daxilolmaların payına düşür.
Firuzə Əliyeva