“Unibank” birinci rübün maliyyə nəticələrini AÇIQLADI

“Unibank” birinci rübün maliyyə nəticələrini AÇIQLADI

“Unibank” KB ASC 2024-cü ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2024-cü il tarixinə Bankın əməliyyat mənfəəti 16.34 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində artım qeydə alınıb. Belə ki, dövr ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 80.4 milyon manata çatıb. Əsas maliyyə göstəricilərinin yüksəlməsi fonunda bankın xalis mənfəəti 70 %-dən çox artaraq, rübün sonuna 7.4  milyon manat təşkil edib.

 

2024-cü ilin 1-ci rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2023-ci ilin birinci rübü ilə müqayisədə bu ilin uyğun dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 11.4 % artıb.

 

Hər zaman olduğu kimi real sektorun kreditləşməsi “Unibank”ın prioritetləri sırasında olub. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 20% artaraq 348 milyon manata yaxın olub. Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 27 %-dən çox artaraq, 184.7 milyon manata çatıb. Verilən mikrokreditlərin həcmi isə 2023-cü ilin birinci rübü ilə müqayisədə 23 % artaraq, 57 milyon manata çatıb.

 

Dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə 22.8 % artaraq, 164 milyon manat olub. 2024-cü ilin ilk 3 ayında Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin ilk rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13 %-ə yaxınlaşıb. Hesabat dövrünün sonuna bankın aktivləri 1 milyard 588 milyon manatı ötüb.

 

Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 136 milyon manat artaraq, bu ilin ilk rübünün yekununda 684 milyon manat təşkil edib.

 

Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. 2023-cü ilin ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci rübündə Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 41% artaraq 2.6 milyard manatı keçib. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin ilk rübündə Unibank kart sahiblərinin sayında 17.5 % artım olub. 

 

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  

 

"Unibank"-Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Qadın olduğu üçün Nobel mükafatı verilmədi: Dünyanı dəyişən fizik

Elm tarixinə səyahət etdikdə, kişilərin hökmranlığını açıq-aşkar görürük. Elmin gedişatını dəyişdirənlər arasında qadın tapmaq çətindir. Bu, təbii ki, təkc...

180 uşağa ata olmaq üçün şəxsi həyatını necə qurban verib?

İngiltərədə sperma donoru 180 uşaq atası etdiyi fədakarlıqlar barədə açıqlamalar verib.   Sfera.az bildirir ki, jurnalistlərdən soyadını açıqlamamağı...

“Threads” Türkiyədə bağlandı

“Threads” tətbiqi Türkiyədə bağlanıb.   Sfera.az xəbər verir ki, bu, Türkiyənin Rəqabət Qurumunun qərarı ilə olub.   Belə ki, ...

Qız övladı dünyaya gətirmək ümidi ilə 15 il hamilə oldu - FOTO

Texaslı (ABŞ) Yalansiya Rosario ard-arda on oğul dünyaya gətirib. O, yalnız çoxdan həsrətində olduğu qızını dünyaya gətirdikdən sonra dayanıb. Qadın şad xəbəri ...

Leopardla fotoqrafın bu görüntüləri viral oldu - FOTOLAR

Təbiətdəki bir ağacın altında yuxuya getmiş vəhşi təbiət fotoqrafı az sonra yumşaq bir dürtmə ilə yuxudan oyanıb. Gözlərini açanda yanında bir leopard görüb. On...

Fransada bir kitabxanada ölümcül tarixi kitablar aşkarlandı - FOTO

Fransa Milli Kitabxanası  (Bibliotheque Nationale de France) öz rəflərindən üz qabığı çox zəhərli arsenlə işlənmiş dörd kitabı yığışdırıb. Kitablar 19-cu ə...