Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib ki, bu, neft sektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabına mümkün olub:

 

“Əmtəəlik neft hasilatı 6,0 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb. Bu isə o deməkdir ki, neft sektorunda istehsalın stabilləşməsi ilə bağlı səylərə rəğmən hasilatda azalma davam edib. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlarla bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır”.

 

Millət vəkili bildirib ki, sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payına düşür:

 

“Yəni, sənayədə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorlarının inkişafı ilə bağlı islahatların daha dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq. Digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazar ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qız övladı dünyaya gətirmək ümidi ilə 15 il hamilə oldu - FOTO

Texaslı (ABŞ) Yalansiya Rosario ard-arda on oğul dünyaya gətirib. O, yalnız çoxdan həsrətində olduğu qızını dünyaya gətirdikdən sonra dayanıb. Qadın şad xəbəri ...

Leopardla fotoqrafın bu görüntüləri viral oldu - FOTOLAR

Təbiətdəki bir ağacın altında yuxuya getmiş vəhşi təbiət fotoqrafı az sonra yumşaq bir dürtmə ilə yuxudan oyanıb. Gözlərini açanda yanında bir leopard görüb. On...

Fransada bir kitabxanada ölümcül tarixi kitablar aşkarlandı - FOTO

Fransa Milli Kitabxanası  (Bibliotheque Nationale de France) öz rəflərindən üz qabığı çox zəhərli arsenlə işlənmiş dörd kitabı yığışdırıb. Kitablar 19-cu ə...

CHP-nin prezidentliyə namizədi evində ölü tapıldı

Türkiyədə 31 Mart bələdiyyə seçkilərində Sur bələdiyyə başçılığına namizəd olmuş Abdülkadir Bədirin yaxınları onu evində ölü tapıblar. Sfera.az türk medias...

Dünyada yeni virus yayılır - VİDEO

Dünyada yeni virus yayılır.   Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş alimi Ceremi Farrar bildirib ki, bu virus ördəklər və toyuqlarda rast gəl...

Şeron Stouna qarşı 35 min dollarlıq təzminat davası

Şeron Stoun 2023-cü ildə baş vermiş qəzada vurduğu ziyana görə məhkəməyə verilir.   Sfera.az bildirir ki, 66 yaşlı aktrisa avtomobili yüksək sürətlə ...