Logo

İran bankları "ağ günə" çıxır

İran bankları "ağ günə" çıxır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Üzərindən sanksyalar götürülən İran bankları beynəlxalq pul köçürmə sisteminə qoşulduqdan sonra milyardlarla dollarlıq əməliyyatlar aparıb.

Sfera.az xəbər verir ki, anspress Tehran banklarında bu istiqamətdə xüsusi reportaj hazırlayıb.

Sanksiyalar aradan qaldırıldıqdan sonra 100 milyard dollarlıq bank aktivlərinə yol tapan İranın

Milli Bankı və Milli İnkişaf Fondu həmin vəsaitləri Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və

Türkiyə banklarından geri almağa qadir olacaq. Bu pulları İrana daxil etmək ucuz yollarla və ən

az faizlə mümkün olacaq.

Beynəlxalq "Swift" sistemi İrana 8 000 beynəlxalq maliyyə qurumuna və 200 dövlətə qoşulmaq

imkanı verir. İqtisadçılar hesab edir ki, əgər beynəlxalq "Swift" sistemi İran maliyyə sistemində

öz keçmiş yerini əldə edərsə, iranlı bankların xarici ticarətdə pul köçurmək üçün digər vasitələrdən

istifadə etməsinin qarşısı alınacaq və beləliklə maliyyə xərcləri azalacaq.

""Swift"ə qoşulmanın yalnız ilk günündə təkcə bir bankda 20 milyon dollarlıq ticarət əməliyyatı həyata

kecirilib. Hərçənd "Swift"dən istifadə etmək üçün yalnız icazə kifayət deyil, bunun üçün gərəkli infrastruktur

da hazırlanmalıdır. Amma əsas odur ki "Swift" İran üçün açılıb və artıq İran bankları bu sistemdən istifadə

edə biləcəklər", - deyə maliyyə mütəxəssisi Həmid Borji bilfirib.

"Beynəlxalq "Swift" sisteminə qoşulmağın ən əsas cəhəti vasitəçilərin aradan çıxarılmasıdır. Digər

əhəmiyyətli tərəfi isə xaricdə yaşayan iranlı tələbələr və ya iş adamlarına pul köçürmənin asanlaşması

və pul köçürmədə təhlükəsizliyin təmin olunmasıdır", - deyə bank işçisi Behnam Novin əlavə edib.

Sanksiyalar dövründə İran banlklarının "Swift" sistemindən istifadə edə bilməməsi onların böyük maliyyə

itkisi ilə üzləşməsinə səbəb olmuşdu. Xüsusilə də xaricə pul köçürmələr üçüncü ölkələrin bankları vasitəsilə

aparılırdı ki, bu da əməliyyat zamanı böyük faizlərə, hətta pulun oğurlanmasına və mənzil başına çatmamsına

səbəb olurdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR