“Basketbol Hər Yerdə!” layihəsinə start verildi
“Sabah” Basketbol Klubu, “ Azərlotereya” ASC, Azərbaycan Basketbol Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Basketbol Hər Yerdə!” layihəsinin rəsmi açılışı olub. Layihənin əsas məqsədi basketbolu hər kəs üçün daha əlçatan etmək, gənclərin asudə vaxtını səmərəli qurmaq, onların sağlam vərdişlərini dəstəkləyən, aktiv həyat tərzinə töhfə verən basketbol meydançalarının təmiri və yenilənməsini həyata keçirməkdir. Təşkilatçıların sözlərinə görə, bu təşəbbüs məhəllələrdə idman