“Fənərbaxça”nın futbolçusu bir müddət yaşıl meydandan uzaq qalacaq

"Fənərbaxça"nın futbolçusu bir müddət yaşıl meydandan uzaq qalacaq
Kateqoriya məlum deyil
T

Türkiyə Super Liqasında çıxış edən “Fənərbaxça”nın futbolçusu Nelson Semedo zədə səbəbindən bir müddət komandasına kömək edə bilməyəcək.

 

Sfera.az xəbər verir ki, sarı-lacivərdlilərin Super Liqada “Antalyaspor”a qarşı keçirdiyi oyunda zədələnən portuqaliyalı müdafiəçinin sol dizinin iç yan bağlarında qismən yırtıq aşkarlanıb.

 

Futbolçunun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Klubun rəsmi açıqlamasında deyilir:

 

“Futbol A komandamızın oyunçusu Nelson Semedonun dünən axşam “H. Antalyaspor”la keçirilən matçda aldığı zədədən sonra “Ataşehir Medicana Sağlık” xəstəxanasında MRT müayinəsi aparılıb. Müayinə nəticəsində oyunçumuzun sol dizinin iç yan bağında qismən yırtıq müəyyən edilib və müalicəsinə başlanılıb”.

 

Qeyd edək ki, Semedonun yoxluğu qarşıdakı vacib qarşılaşmalar öncəsi komanda üçün ciddi itki hesab olunur.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ