“Mançester Yunayted” daha bir oyunçusunu transfer edəcək
Kateqoriya məlum deyil
“Mançester Yunayted” yay transfer pəncərəsində yarımmüdafiə xəttində ciddi dəyişikliklər etməyə hazırlaşır.
Sfera.az xəbər verir ki, Kazemironun ardından Manuel Uqartenin də komandadan ayrılması gözlənilir.
Cəmi iki il əvvəl “Paris Sen-Jermen” klubundan transfer olunan uruqvaylı futbolçu Premyer Liqaya uyğunlaşmaqda çətinlik çəkib. Bildirilir ki, Uqarteyə seriya A təmsilçilərindən maraq var və onun karyerasını İtaliyada davam etdirməsi mümkündür.
Niyaz Hacıyev
Sfera.az






