İqor Ponomaryov “Sabah”ın baş məşqçi təyin olunub
"Sabah” futbol klubunun Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib. Sfera.az -ın APA-ya istinadən məlumatına görə, iclasda MŞ-nin sədri Firudin Qurbanov, üzvləri – Rauf Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev, Yaqub Hüseynov və klub prezidenti Maqsud Adıgözəlov iştirak ediblər. İclasa giriş sözü ilə başlayan klub prezidenti komandadakı son vəziyyət, çempionat oyunlarındakı nəticələr barədə danışıb. O, baş məşqçi Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında onun bundan sonra klubda