Logo

Azərbaycan güləşçisi dünya çempionatı ilə vidalaşıb

Azərbaycan güləşçisi dünya çempionatı ilə vidalaşıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan güləşçisi Tatyana Omelçenko çıxışını başa vurub.

Sfera.az-ın APA-ya istinadən  məlumatına görə, 59 kq çəkidə mübarizə aparan güləşçi təsəlliverici qarşılaşmada ukraynalı Anjelina Lisakla dueldən məğlub ayrılıb.

0:6 hesabı ilə geri düşən T. Omelçenko yekunda bərabərliyə (6:6) nail olsa da, rəqibin 4 xallı birdən alması təmsilçimizin mundialla vidalaşmasını rəsmiləşdirib.

Qeyd edək ki, millinin heyətində bu gün Elis Manolova (59 kq) bürünc medal döyüşünə çıxacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR