Logo

Dünya Kubokunda Azərbaycanın iki məşhur şahmatçısı sülh bağladı

Dünya Kubokunda Azərbaycanın iki məşhur şahmatçısı sülh bağladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qarşılaşıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, tərəflərin ilk görüşündə heç-heçə qeydə alınıb.

Bu iki qrossmeysterimiz arasında növbəti görüş sabah olacaq.

Qeyd edək ki, mükafat fondu 1,6 milyon dollar olan Dünya Kuboku sentyabrın 10-da start götürüb və oktyabrın 4-də başa çatacaq. Bu turnirin finalına çıxan şahmatçılar gələn il Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək şahmat tacına iddiaçılar turnirinə vəsiqə qazanacaq.

14:36

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk partiyaları keçirilir.

Oxu.Az xəbər verir ki, bu mərhələdə iki Azərbaycan qrossmeysteri qarşı-qarşıya gəlir.

Belə ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov görüşür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR