“Bavariya” “Atletiko” ilə oyuna itkilərlə çıxır – Keyn komandaya güvənir
Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasında “Atletiko Madrid”lə vacib qarşılaşma ərəfəsində ciddi heyət problemləri ilə üzləşib.
Sfera.az xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Harri Keyn komandanın çətin həftə keçirməsinə baxmayaraq, qarşıdakı oyunlara hazır olduğunu bildirib.
“Reuters”in məlumatına görə, baş məşqçi Vinsent Kompani məşq zamanı səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilib. O, artıq xəstəxanadan buraxılsa da, müəyyən müddət komandadan kənarda qalacağı gözlənilir.
Bundan başqa, “Borussiya Dortmund”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyunda İsmail Saibari və Serj Qnabri zədələniblər. Camal Musiala və Luis Dias da hazırda komandanın sərəncamında deyil.
Bütün bunlara baxmayaraq, Harri Keyn komandanın mübarizəyə davam edəcəyinə inanır. O, çətinliklərin futbolçuları daha da birləşdirdiyini bildirib.
Qeyd edək ki, “Atletiko Madrid” – “Bavariya” qarşılaşması noyabrın 3-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Fatimə
Sfera.az





