Logo

Mariya Stadnik dünya çempionatında finala yüksəlib

Mariya Stadnik dünya çempionatında finala yüksəlib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında finala yüksəlib.

APA-nın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan 7 qat Avropa çempionu yarımfinalda çinli Yanan Sundan güclü olub.

Bu mərhələyə yüksəlməklə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən pəhləvan rəqibini 6:4 hesabı ilə məğlub edib.

Həlledici görüş sentyabrın 18-də keçiriləcək.

Millinin bu gün mübarizəyə qoşulan digər üzvü Türkan Nəsirova (53 kq) isə mundaiala məğlubiyyətlə başlayıb. O, təsnifat mərhələsində Nina Hemmerə (Almaniya) vaxtından əvvəl uduzub – 0:11. Rəqib finala kimi irəliləyə bilmədiyindən güləşçi yarışla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Azərbaycan yığmasının heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.

***

Saat. 11:58

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında qadın güləşçilər mübarizəyə start veriblər.

APA-nın məlumatına görə, Azərbaycan millisi bu gün baş tutacaq 4 çəkidən 2-də təmsil olunur.

50 kq çəki dərəcəsində qüvvəsini sınayan komandanın lideri Mariya Stadnik ilk görüşünü nigeriyalı Miessinel Qenesisə qarşı keçirib. Təsnifat mərhələsi çərçivəsində baş tutan qarşılaşma 7 qat Avropa çempionunun asan qələbəsi ilə yekunlaşıb. O, cütün taleyini ilk hissədə həll edib – 11:0.

Olimpiya oyunlarının mükafatçısı 1/8 finalda hindistanlı Sima Simanı sınağa çəkib. Bu dəfə rəqibini 9:2 hesabı ilə məğlub edən M. Stadnik ardınca rusiyalı Yekaterina Poleşçukla güləşib. Bu dəfə də təmiz qələbə qazanan (11:0) idmançı yarımfinalda iştirak hüququ qazanıb. Bu, M. Stadnikə eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ verib.

O, yarımfinalda çinli Yanan Sunla üz-üzə gələcək.

M. Stadnikdən fərqli, Türkan Nəsirova (53 kq) mundaiala məğlubiyyətlə başlayıb. O, təsnifat mərhələsində Nina Hemmerə (Almaniya) vaxtından əvvəl uduzub – 0:11.

Qeyd edək ki, dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Azərbaycan yığmasının heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR