"Qarabağ" - APOEL oyununun biletləri satışda
"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda oktyabrın 24-ü Kiprin APOEL klubunu qəbul edəcək. Sfera.az xəbər verir ki, qarşılaşmanın biletləri bu gün saat 12:00-dan satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-dir. İlk gündə 10 minə yaxın biletin satılacağı ehtimal edilir. Biletlərin satış məntəqələri: Tofiq Bəhramov adına Respublika stadionunun kassaları Gənclik və 28 Mall (iticket satış məntəqəsi) Park Bulvar AVM (iticket satış məntəqəsi)