"Liverpul"da yeni müqavilə
Kateqoriya məlum deyil
"Liverpul" müdafiəçisi Joel Matiplə yeni müqavilə imzalayıb.
Sfera.az klubun saytına istinadən xəbər verir ki, kamerunlu müdafiəçi ilə 2024-cü ilin yayına kimi müqavilə bağlanılıb.
Matip 2016-cı ildə "Şalke"dən "Qırmızılar"a keçib. 28 yaşlı futbolçu komandada 107 oyun keçirib.






