Logo

AFFA dörd klubu cərimələyib

AFFA dörd klubu cərimələyib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sfera.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının VIII turunda baş verənlər müzakirə olunub və 4 klub cərimələnib.

"Qəbələ” – "Qarabağ” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

"Keşlə” – "Sabah” qarşılaşmasında qonaqların legioneri Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib, klubunu 200 manat ziyana salıb.

"Səbail” – "Sumqayıt” matçında qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

"Neftçi” – "Zirə” oyununda qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qəsəbə təmsilçisi  800 manat cərimə ödəyəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR