Logo

İngilis klubunun baş məşqçisi cəzalandırılıb

İngilis klubunun baş məşqçisi cəzalandırılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin "Uimbldon” klubunun baş məşqçisi Uolli Dauns cəzalandırılıb.

Sfera.az bildirir ki,  İngiltərə Futbol Assosiasiyası mütəxəssisi 4 həftəlik diskvalifikasiya edib.

Buna 58 yaşlı çalışdırıcının totalizatora pul qoyuluşu səbəb olub. O, 2013-14-cü illərdə 5, bu il isə 3 dəfə proqnoz verib.

U.Dauns 3 min funt sterlinq pul cəriməsi də ödəməlidir. Onun cəzası isə noyabrın 14-də başa çatacaq. Klub rəhbərliyi bundan sonra mütəxəssisin postunda saxlanıb-saxlanmaması ilə bağlı qərarını açıqlamayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR