Azərbaycanlı gimnast Avropada ilin ən yaxşısı adına namizəd oldu
Böyük Britaniyada yaşayan azərbaycanlı idman gimnastı Cesika Qədirova Avropada 2021-ci ilin ən yaxşısı adına namizəd olub. Sfera.az xəbər verir ki, 18 yaşlı idmançı mükafat uğrunda 4 nəfərlə mübarizə aparır. Siyahıda onunla yanaşı, belçikalı Nina Derval, italiyalı Vanessa Ferrari, rusiyalı Angelina Melnikova və isveçrəli Culiya Ştaynqruber də yer alıb. Qədirova bugünə olan göstəriciyə əsasən, 15 faiz səslə 3-cü pillədə qərarlaşıb. Qeyd edək ki, Cesika Qədirova ötən il böyüklər arasında ilk