Logo

Cüdoçularımız Avropa turnirində medallar qazandılar

Cüdoçularımız Avropa turnirində medallar qazandılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa turniri davam edir.

Sfera.az xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçularımız Samir Piriyev və komanda yoldaşı Turan Bayramov bütün rəqiblərini məğlub edərək finala yüksəliblər.

Həlledici mərhələdə cüdoçularımız üz-üzə gəliblər. Qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vuran Turan Bayramov turnirin qalibi olub. Samir Piriyev isə gümüş medalla kifayətlənib.

Fevralın 13-dək davam edəcək yarışa 26 ölkədən 321 idmançı qatılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR