Logo

“Çelsi” dünya çempionu oldu

“Çelsi” dünya çempionu oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan yarışın final matçında Avropa və Cənubi Amerikanın ən yaxşıları üz-üzə gəlib.

Sfera.az xəbər verir ki, İngiltərənin "Çelsi” klubu ilə Braziliyanın "Palmeyras” klubu arasında matç baş tutub.

Hər iki qol ikinci hissəyə təsadüf edib. Romelu Lukaku 58-ci dəqiqədə hesabı açıb. Lakin 6 dəqiqə sonra Rafael Veyqa penaltidən bərabərlik qolunu vurub - 1:1.

Dünya çempionu əlavə vaxtda müəyyənləşib. 117-ci dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirərək London klubuna çempionluq gətirib.

Qeyd edək ki, 3-cü yer uğrunda matçda Misirin "Əl-Əhli” klubu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal”ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR