Logo

Formula 1 üzrə Azərbaycan Qran-prisinin başlama saatı AÇIQLANDI

Formula 1 üzrə Azərbaycan Qran-prisinin başlama saatı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci il Formula 1 üzrə Azərbaycan Qran-prisi iyunun 12-də saat 15:00-da başlayacaq.

Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) yayımladığı yarış proqramında bildirilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 10-12-də keçiriləcək.

İyunun 10-da saat 15:00 və 18:00-da iki sərbəst yürüş mərhələsi baş tutacaq.

Növbəti gün, iyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, 18:00-da təsnifat mərhələsi olacaq.

Xatırladaq ki, Formula 1-in builki mövsümü rekorda sayda, 23 mərhələdən ibarət olacaq. Mövsüm martın 20-də Bəhreyndə başlayacaq, noyabrın 20-də Əbu-Dabi Qran-prisi ilə başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR