Zidana yeni təklif gəldi
Fransa Futbol Federasiyası Zinəddin Zidanla danışıqlar aparır. Sfera.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Nəşr yazıb ki, Fransa millisinin baş məşqçi postuna əsas namizəd olan Zidanın müddətsiz müqaviləsi olacaq. Belə ki, o, millinin sükanı arxasında istədiyi qədər qala biləcək. Mənbə onu da bildirir ki, bu, Zidanın 2021-ci ilin yayında “Real Madrid”dən ayrıldıqdan sonra gözlədiyi təklifdir. Qeyd edək ki, 56 yaşlı Deşam DÇ-2026-dan sonra Fransa millisindən ayrılacağını