Logo

“Neftçi” - “Qarabağ” oyunundan əvvəl dörd azarkeş SAXLANILDI

"Neftçi" - "Qarabağ" oyunundan əvvəl dörd azarkeş SAXLANILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən "Neftçi" - "Qarabağ" oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb.

"Dörd nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır", - məlumatda deyilir.

Qeyd edək ki, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR