"Qalatasaray"ın hücumçusu Alvaro Morata zədələndi

"Qalatasaray"ın hücumçusu Alvaro Morata zədələndi
Kateqoriya məlum deyil
T

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

 

Sfera.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Alvaro Morata sıradan çıxıb.

 

İspan forvard Avropa Liqası pley-off mərhələsinin "AZ Alkmar"la ilk matçında (1:4) ayaq əzələsindən zədə alıb. 32 yaşlı futbolçu Super Liqanın 24-cü turunun "Rizespor"la matçında iştirak etməyəcək.

 

"Qalatasaray" - "Rizespor" matçı fevralın 17-də keçiriləcək.

 

Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı qış transfer pəncərəsi zamanı "Milan"dan icarəyə götürüb.

 

İspaniya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol vurub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR