Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq

Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq
Kateqoriya məlum deyil
T

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov, qadınların yarışında isə Gövhər Beydullayeva və Günay Məmmədzadə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

 

Sfera.az xəbər verir ki, hər iki dueldə ilk 2 oyundan sonra hesab bərabərdir - 1:1.

 

Qadın şahmatçılar arasında 3-cü yer uğrunda qarşılaşmada isə Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva münasibətlərinə tay-brekdə aydınlıq gətirəcəklər.

 

Həlledici qarşılaşmalar saat 15:00-da start götürəcək.

 

Qeyd edək ki, kişilərin mübarizəsində Teymur Rəcəbov səhhətindəki problemlə əlaqədar 3-cü yer uğrunda görüşlərə çıxmadığından Misrətdin İskəndərov avtomatik olaraq bürünc medala sahib çıxıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR