Logo

“Qarabağ”ın sabiq futbolçusunun yeni klubu açıqlandı

"Qarabağ"ın sabiq futbolçusunun yeni klubu açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.

Sfera.az xəbər verir ki, fransalı hücumçu Rumıniyada çıxış edəcək.

O, “Politexnika Yaşi”yə keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-2024-cü illərdə “Qarabağ”da oynayıb və 33 matçda 7 qol vurub. O, Ağdam təmsilçisini tərk edəndən sonra “Bandırmaspor”a (Türkiyə) keçsə də, orada möhkəmlənə bilməmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR