Qurban Qurbanov “Barselona”nın düşərgəsində onlarla görüşdü
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Barselona” klubunun düşərgəsində olub. Ağdam təmsilçisindən Sfera.az -a verilən məlumata görə, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas, həm də aşağı yaş komandalarının – U-19, U-15 və U-10 komandalarının məşqlərini izləyib. Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti, klubun idman direktoru Deku ilə fikir