Millimiz İngiltərəyə QALİB GƏLDİ

İdman
17:32 / 23.05.2025
2581
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.
Sfera.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan komandamız İngiltərə yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, komandamız qrupda növbəti oyunlarını mayın 24-də Belçika (saat 13:00), 25-də isə Litva (saat 14:15) seçməsinə qarşı keçirəcək.