Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi
Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var. Sfera.az xəbər verir ki, bu barədə "Haberturk TV” məlumat yayıb. Kanalın yaydığı məlumata görə, üçü Özbəkistan, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də, türk jandarması onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa