“Real Madrid” onu baş məşqçi təyin etdi

İdman
15:28 / 25.05.2025
4804
La Liqanın nəhəng klubu "Real Madrid" yeni baş məşqçisinin kimliyini rəsmi olaraq açıqlayıb.
Sfera.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Madrid təmsilçisi Xabi Alonso ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Saziş 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Yeni təyinat "Real" rəhbərliyi ilə sabiq futbolçunun yollarının yenidən kəsişməsi anlamına gəlir.
Qeyd: Xabi Alonso 2009-2014-cü illər aralığında "Real Madrid"in heyətində çıxış etmiş və bu müddətdə komandanın əsas oyunçularından biri olmuşdu.
P.S. Xabi Alonso son illərdə "Bayer Leverkuzen"də baş məşqçi kimi göstərdiyi performansla böyük diqqət qazanmış və Avropanın aparıcı klublarının maraq dairəsinə düşmüşdü.