Reklam
Peşə etikası
Tünd rejim
Açıq rejim
Hesab
Ana səhifə
Cəmiyyət
İqtisadiyyat
Siyasət
Maqazin
Kriminal
Region
Dünya
Maraqlı
Media
Reklam
Peşə etikası
Foto
Gündəm
Hadisə
Sağlıq
YAZARLAR
Təhsil
İdman
İdman
Futbol, Premyer Liqa və milli komanda, güləş, cüdo, karate — nəticələr, transferlər və şərhlər.
7 iyun 2025, şənbə
"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi
“Zirə” yeni futbolçu ilə anlaşıb. Sfera.az xəbər verir ki, qəsəbə təmsilçisi Yeqor Boqomolskiylə müqavilə bağlayıb. 25 yaşlı hücumçuyla 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, belaruslu futbolçu karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo”(Brest), “Rux”, “Minsk”, həmçinin Bakının “Neftçi” klubunda da çıxış edib.
23:10
Azərbaycan yığması Monteneqroya uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Qızıl Liqasında növbəti oyununa çıxıb. Sfera. az Teleqrafa istinadən xəbər verir ki, yığma komanda Slovakiyada təşkil olunan 2-ci tur çərçivəsində Monteneqro seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 13-15 iyun tarixlərində Xorvatiyada təşkil olunacaq. Bu mərhələdə Azərbaycanın rəqiblər meydan sahibi və Rumıniya yığması olacaq.
22:23
Azərbaycan millisi Gürcüstanı
məğlub etdi
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib. Sfera.az xəbər verir ki, yığma komanda İsveçdə təşkil olunan 1-ci tur çərçivəsində Gürcüstan yığması ilə üz-üzə gəlib. Azərbaycan millisi bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb. Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan yığma 1-ci turu 3 xalla başa vurub. Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 13-15 iyun tarixlərində Azərbaycanda təşkil olunacaq. Bu mərhələdə rəqiblər Lüksemburq və
21:10
İtaliya A Seriyasının yeni təqvimi -
Bu tarixdən başlayacaq
İtaliya A Seriyasının qarşıdan gələn mövsümünün təqvimi açıqlanıb. Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, təqvim İtaliya çempionatının rəsmi saytında dərc edilib. Sənədə əsasən, 2025/2026 mövsümünün ilkin olaraq bazar günü, avqustun 24-də başlaması planlaşdırılır. İlk turda ölkə çempionu "Napoli" B seriyasından gələn "Sassuolo" ilə, vitse-çempion "İnter" isə "Torino" ilə qarşılaşacaq. Çempiontın son matçları isə 2026-cı il mayın 24-də bazar günü keçiriləcək və A Seriyası 38-ci turun
20:44
Çövkən üzrə Azərbaycan milli komandası Avropa çempionu
oldu
İyunun 5-7-də Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən Çövkən üzrə Avropa Çempionatının final qarşılaşması baş tutub. Sfera.az xəbər verir ki, yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub. Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşıb, 6:2 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxaraq çövkən tarixində yeni bir səhifə açıb. Qeyd edək ki, Avropa Çempionatı iyunun 5-də start götürüb.
19:24
Azərbaycan millisi Latviya ilə heç-heçə etdi
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Sfera.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gəlib. Riqa şəhərindəki "Skonto" stadionunda baş tutan qarşlaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.
18:57
"İnter" klubu yeni transferini
açıqlayıb
İtaliyanın "İnter" klubu yeni futbolçu transferini açıqlayıb. Sfera.az "Report"a istinadən xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransanın "Marsel" komandasından yarımmüdafiəçi Luis Enrike heyətə cəlb olunub. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. Qeyd edək ki, Luis Enrike 2024/2025 mövsümündə "Marsel" forması ilə bütün turnirlərdə 35 oyun keçirib, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
16:37
Arda Güler karyerasını Fransada davam etdirə
bilər
Hazırda "Real Madrid"in şərəfini qoruyan Arda Güler karyerasını Fransada davam etdirə bilər. Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "El Nacional" nəşri məlumat yayıb. Mənbə iddia edir ki, Çempionlar Liqasının son qalibi PSJ-nin çalışdırıcısı Luis Enrike 20 yaşlı hücumameyilli futbolçunu komandasında görmək istəyir. Qeyd edək ki, Türkiyə millisinin üzvü isə bu mövsüm "Real Madrid"də oynamaq üçün çox şans əldə etmədiyi üçün narazıdır. Arda Güler bu mövsüm "Kral"
13:09
"Mançester Yunayted" bu oyunçunun transferinə
81 milyon dollar xərcləyəcək
İngiltərə təmsilçisi "Mançester Yunayted" "Brentford"un futbolçusu Brayan Mbeumonu transfer etmək üçün klubuna 60 milyon funt-sterlinq (81 milyon dollar) təklif edib. Sfera.az "Report"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı hücumçunun keçidini tez başa çatdırmaq niyyətindədir. Kamerunlu oyunçu da məhz bu komandada çıxış etmək istəyir. Qeyd edək ki, Brayan Mbeumo 2024/2025 mövsümündə "Brentford"da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
11:25
Azərbaycan millisi Latviya yığması ilə üz-üzə
gələcək
Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək. Sfera.az "Report"a istinadən xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək. Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi maltalı Trustin Farruca Kann olacaq. Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək
09:55
6 iyun 2025, cümə
"Roma" klubuna yeni baş məşqçi təyin edildi
İtaliyalı Can Pyero Qasperini "Roma" futbol klubunun baş məşqçisi təyin edilib. Sfera.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. O, bu vəzifədə Klaudio Ranyerini əvəz edəcək. Qasperini ilə müqavilənin müddəti 2028-ci ilədək nəzərdə tutulub. Qeyd edək ki, Qasperininin 67 yaşı var. Onun son iş yeri "Atalanta" olub.
23:12
Millimiz Qazaxıstana qalib gəldi
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib. Sfera.az xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb. Qeyd edək ki, millinin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.
22:30
5 qat olimpiya çempionunun evi qarət edildi
Avstraliyalı sabiq üzgüçü, 5 qat olimpiya çempionu İan Torpun Sidneydəki evi qarət edilib. Sfera.az-ın məlumatına görə, 42 yaşlı idmançının şəxsi əşyaları, bahalı saatları və qızıl-zinət əşyaları oğurlanıb. Lakin oğrular onun medallarını götürməyiblər. Zərərçəkmiş hadisə barədə polisə məlumat verib. Ona vurulan ziyan 100.000 dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, İ.Torp olimpiya oyunlarında beş qızıl medalla yanaşı, üç gümüş və bir bürünc medal da qazanıb. 11 qat dünya çempionu olan
12:14
5 iyun 2025, cümə axşamı
Bu
türk
dövləti
TARİX
YAZDI - DÇ-2026-ya vəsiqə qazandı
Özbəkistan millisi tarixdə ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edəcək. Sfera.az xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının Asiya seçmə mərhələsinin 9-cu turunun matçında Özbəkistan yığması BƏƏ ilə heç-heçə edib ki, bu da final mərhələsinə vəsiqəni təmin etmək üçün kifayət edib. Bu heç-heçə Özbəkistana seçmə mərhələnin bitməsinə bir tur qalmış BƏƏ ilə 4 xal fərqi qoruyub saxlamağa imkan verib ki, bu da 2026-cı il dünya çempionatına
23:17
Polşa Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər
Polşa 2040 və ya 2044-cü illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir. Sfera.az sports.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin idman və turizm naziri Slavomit Nitras məlumat verib. "Biz Polşada Olimpiadanı təşkil etməyə imkan verəcək strateji sənədlərin hazırlanması üzərində işləyirik. Əvvəllər Oyunlara ev sahibliyi etmiş ölkələrin təcrübəsini nəzərə alaraq, 2040-cı ildə Olimpiya Oyunlarını təşkil etməyə çalışacağıq. Bu, 2044-cü il də ola bilər", - nazir
20:41
Gündoğan "Qalatasaray"dan bu qədər maaş istəyir
Xəbər verdiyimiz kimi, İlkay Gündoğanın transferi üçün "Qalatasaray"ın çalışmaları davam edir. Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçunun maaş danışıqları ilə bağlı yeni iddia ortaya atılıb. Gündoğanın 8 milyon avro maaş istədiyi, "Qalatasaray"ın isə bu rəqəmi 6 milyon avroya endirməyi düşündüyü bildirilib. Qeyd edilir ki, 34 yaşlı İlkay Gündoğan ötən mövsüm "Mançester Siti"nin heyətində 50 oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
12:55
“Real” 37 yaşlı futbolçunu transfer edəcək
“İnter”in futbolçusu Françesko Açerbinin “Real”a transfer olacağı gözlənilir. Sfera.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib. Madrid təmsilçisi futbolçu və onun klubu ilə razılaşıb. Gələn həftə bu transferin rəsmiləşəcəyi bildirilib. Qeyd edək ki, 37 yaşlı mərkəz müdafiəçisi 2023-cü ilin yayından “İnter”də çıxış edir. O, başa çatan mövsümdə Milan klubunda bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol vurub və 3 qol ötürməsi edib.
11:48
"Fənərbağça" bu ulduzu da göndərdi
İstanbul "Fənərbağça" daha bir futbolçu ilə yollarını ayırıb. Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Filip Kostiç klubdan göndərilib. 32 yaşlı oyunçunun icarə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Xatırladaq ki, Filip Kostiç ötən mövsüm"Fənərbağça"nın forması ilə 35 oyuna çıxıb və 2 qol vurub, 9 məhsuldar ötürmə edib.
10:54
"Mançester Yunayted" dünya çempionunu
heyətinə qatmaq istəyir
İngiltərənin "Mançester Yunayted" klubu yay transfer dönəmində "Aston Villa"nın qapıçısı Emiliano Martinesi heyətinə qatmaq istəyir. Sfera.az "TyC Sports"a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper də hazırkı komandasından ayrılmaq niyyətindədir. Qeyd edək ki, o, başa çatan mövsümdə "Aston Villa" forması ilə 53 oyuna çıxıb və 61 qol buraxıb. E.Martines 16 matçda qapısını toxunulmaz saxlaya bilib. Oyunçu 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.
10:04
2025-də ən çox qol vuran futbolçular
bəlli oldu
2025-ci ildə bütün turnirlərdə ən çox qol vuran futbolçular müəyyənləşib. Sfera.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Fransa millisinin və İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe qərarlaşıb. O, klub və milli səviyyəsində 29 qola imza atıb. Başa çatan mövsümdə icarə əsasında Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edən Nigeriya yığmasının üzvü Viktor Osimhen (28 qol) ikinci sırada yer alıb. İlk "3-lüy"ü
09:22
Messi komanda dəyişikliyi
edəcək
Argentinalı ulduz Lionel Messi “İnter Mayami”ni tərk edə bilər. Sfera.az xəbər verir ki, bu barədə jurnalist Flavio Azzaro məlumat yayıb. Onun sözlərinə görə, forvard Argentina çempionatından “Nyuells Old Boyz” klubuna keçməyə qərar verib. Məlumata əsasən, transfer 2025-ci ilin dekabrında baş tutacaq. Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu mövsüm futbolçu MLS-də 13 matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
09:12
UEFA Millətlər Liqası:
İlk finalçı bəlli oldu
UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib. Sfera.az xəbər verir ki, "Dördlər finalı"nın ilk matçında Almaniya millisi Portuqaliya seçməsini qəbul edib. Münhendəki "Allianz Arena"da baş tutan qarşılaşmada hesabı meydan sahibləri açsalar da, qonaqlar qalib gəliblər - 1:2. Virtsin qoluna Konseysao və Ronaldunun dəqiq zərbələri ilə cavab verən pireneylilər finala adlayıblar. Qeyd edək ki, iyunun 5-də axşam saatlarında digər yarımfinal görüşü keçiriləcək. Ştutqartda İspaniya ilə
02:00
Ronaldodan daha bir möhtəşəm qol -
VİDEO
Kriştiano Ronaldo növbəti qolunu Portuqaliya yığmasının heyətində vurub. Sfera.az xəbər verir ki, 40 yaşlı ulduz futbolçu Almaniya milli komandası ilə matçda fərqlənib. Onun qolu komandasını hesabda önə keçirib - 2:1. Qarşılaşma hazırda bu hesabla davam edir. Ronaldonun qolunu sizə təqdim edirik: Offsideplus.az
00:55
Azərbaycanlı futbolçu
Türkiyə klubundan ayrıldı
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış etdiyi Türkiyə təmsilçisi "Boluspor"dan ayrılıb. Sfera.az-ın məlumatına görə, bu barədə yarımmüdafiəçi sosial şəbəkə hesabında bildirib. O, paylaşımında "hər şey üçün təşəkkürlər, "Boluspor" sözlərinə yazaraq ayrılığa işarə edib. Qeyd edək ki, 29 yaşlı futbolçu 2024-cü ildən "Boluspor"da çıxış edirdi.(Report)
00:03
Daha Çox Yüklə
‹ Əvvəlki səhifə
Növbəti səhifə ›