"İnter" klubu yeni transferini açıqlayıb

İdman
16:37 / 07.06.2025
3910
İtaliyanın "İnter" klubu yeni futbolçu transferini açıqlayıb.
Sfera.az "Report"a istinadən xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Fransanın "Marsel" komandasından yarımmüdafiəçi Luis Enrike heyətə cəlb olunub. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luis Enrike 2024/2025 mövsümündə "Marsel" forması ilə bütün turnirlərdə 35 oyun keçirib, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.