"Mançester Yunayted" bu oyunçunun transferinə 81 milyon dollar xərcləyəcək

İdman
11:25 / 07.06.2025
2042
İngiltərə təmsilçisi "Mançester Yunayted" "Brentford"un futbolçusu Brayan Mbeumonu transfer etmək üçün klubuna 60 milyon funt-sterlinq (81 milyon dollar) təklif edib.
Sfera.az "Report"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı hücumçunun keçidini tez başa çatdırmaq niyyətindədir.
Kamerunlu oyunçu da məhz bu komandada çıxış etmək istəyir.
Qeyd edək ki, Brayan Mbeumo 2024/2025 mövsümündə "Brentford"da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.