5 qat olimpiya çempionunun evi qarət edildi

5 qat olimpiya çempionunun evi qarət edildi

Avstraliyalı sabiq üzgüçü, 5 qat olimpiya çempionu İan Torpun Sidneydəki evi qarət edilib.

 

Sfera.az-ın məlumatına görə, 42 yaşlı idmançının şəxsi əşyaları, bahalı saatları və qızıl-zinət əşyaları oğurlanıb.

 

Lakin oğrular onun medallarını götürməyiblər. Zərərçəkmiş hadisə barədə polisə məlumat verib. Ona vurulan ziyan 100.000 dollar dəyərində qiymətləndirilib.

 

Qeyd edək ki, İ.Torp olimpiya oyunlarında beş qızıl medalla yanaşı, üç gümüş və bir bürünc medal da qazanıb. 11 qat dünya çempionu olan avstraliyalı qitə yarışlarında bir gümüş və bürünc medal da əldə edib.


OXŞAR XƏBƏRLƏR