“Fənərbaxça” Ramil Quliyevi qarşılayır – Böyük izdiham

“Fənərbaxça” Ramil Quliyevi qarşılayır – Böyük izdiham

Türkiyənin "Fənərbaxça” klubu atletika üzrə dünya çempionu Ramil Quliyevi böyük izdihamla qarşılamaq üçün fanatlarını havalımanına toplayır.

Bu barədə məlumat "Fənərbaxça” azarkeşlərinin Tvitter səhifəsində paylaşılıb.

"Ramil Quliyevi qarşılamaq üçün bütün fanatlarımızı Türkiyə və "Fənərbaxça” bayraqları ilə Ankaranın Esenboğa havalımanında gözləyirik”, - qeyd edilib.

Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...