Logo

Arda Mbappenin gözünü yolda qoydu

Arda Mbappenin gözünü yolda qoydu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib.

Sfera.az xəbər verir ki, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərək onu yanına çağırması gündəm olub. Mbappe Arda Gülərə "Hadi, gedək! Arda, gəl, birlikdə çıxaq! Birlikdə çıxaq! Hadi!" deyə müraciət edib.

Dünyanın tanınmış futbolçularından biri olan Mbappenin Arda Güləri xüsusi olaraq yanında görmək istəməsi azarkeşlərin də diqqətindən yayınmayıb. "Real Madrid"də getdikcə daha çox ön plana çıxan türkiyəli futbolçunun komanda yoldaşları ilə münasibəti də bu görüntülərlə gündəmə gəlib.

Qeyd edək ki, "Barselona" ilə matçda Mbappe 87-ci dəqiqədə fərqlənərək komandasının qələbəsinə mühüm töhfə verib. Qarşılaşmadan sonra yayılan görüntülər isə "Real Madrid" futbolçuları arasındakı yaxınlığı və komanda ruhunu əks etdirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR