Logo

“Qızıl top”un "qalib"ini səhvən açıqladılar

“Qızıl top”un "qalib"ini səhvən açıqladılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qızıl top” mükafatının rəsmi saytında 2026-cı ilin qalibi ilə bağlı yanlış paylaşım edilib.

Sfera.az xəbər verir ki, bu barədə jurnalist və insayder Ben Ceykobs “X” sosial şəbəkəsində məlumat yayıb.

Belə ki, saytın müvafiq səhifəsində “Bavariya”nın hücumçusu Harri Keyn, “Barselona”nın futbolçusu Lamin Yamal və “Real”ın hücumçusu Kilian Mbappenin adları yer alıb. Lakin həmin məlumat qısa müddət sonra saytdan silinib.

Hadisənin texniki səhv nəticəsində baş verdiyi ehtimal olunur. Bununla belə, paylaşımın qalibin kimliyini göstərib-göstərmədiyi barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “Qızıl top”un 70-ci təqdimetmə mərasimi bu gün Londonda keçiriləcək. Kişilər arasında mükafatın qalibi FİFA reytinqində ilk 100-lükdə yer alan ölkələri təmsil edən 100 futbol jurnalistinin səsverməsi ilə müəyyənləşdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR