“Sabah” Azərbaycan çempionatının rekordunu təkrarladı
Kateqoriya məlum deyil
"Sabah" Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Misli Premyer Liqasının arxada qalan hissəsi "Sabah"ın cəmi 1 qol buraxması ilə diqqət çəkir.
8 oyunda orta hesabla 0,125 top buraxan paytaxt təmsilçisi turnir tarixinin rekordunu təkrarlayıb.
1992-ci ildən keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə ilk dəfə bir komanda ilk 8 matçda yalnız 1 top buraxıb. Buna sonuncu dəfə 2016/2017 mövsümündə "Qəbələ" nail olub.
2001/2002 mövsümündə "Neftçi"nin imza atdığı rekordu 6 ildən sonra AZAL, 9 ildən sonra "Xəzər Lənkəran" təkrarlayıb.






