Portuqaliya yığmasında daha bir gərginlik: O da millinin düşərgəsini tərk etdi
Portuqaliya millisində baş verənlər ölkə futbolunda gərginliyi artırıb.
Sfera.az xəbər verir ki, yığmanın üzvü Bernardo Silva komandanın düşərgəsini vaxtından əvvəl tərk etməsinin səbəbləri barədə sosial şəbəkə hesabında açıqlama yayıb.
Futbolçu qərarının Danimarka ilə son qarşılaşmada yaşanan hadisələr və Jorje Jezusun səsləndirdiyi fikirlərlə əlaqəli olduğunu bildirib. O, baş verənlərin təfərrüatlarını hələlik açıqlamasa da, zamanı gələndə Portuqaliya ictimaiyyətinə həqiqəti danışacağını və bu addımının arxasında duran səbəbləri izah edəcəyini vurğulayıb.
Bernardo Silva səhhətində heç bir problem olmadığını, millinin düşərgəsindən ayrılmasının zədə ilə bağlı olmadığını xüsusi qeyd edib.
O, Portuqaliya millisinin və komanda yoldaşlarının qarşıdakı oyunlarda uğur qazanmasını arzulasa da, Bruno Fernandesə bu təbrikə yer verməyib. Silva onun bu istisnanın səbəbini bildiyini də əlavə edib.






