futbolçu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Tacikistanla yoxlama oyununda zədələnib. Sfera.az xəbər verir ki, Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Mahir 90+3-cü dəqiqədə zədə alıb. Matç başa çatan kimi həkimlər futbolçuya tibbi yardım göstəriblər. Hələlik Mahir Emrelinin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı məlum deyil./qol.az
İdman23.09.2026 22:38
Daha bir futbol əfsanəsi vəfat etdi
İtaliyanın “İnter” klubunun əfsanəvi futbolçusu Sandro Mazzola 83 yaşında dünyasını dəyişib. Sfera.az xəbər verir ki, klubun mətbuat xidməti keçmiş hücumçunun vəfat etdiyini açıqlayıb. Mazzola 18 yaşında “İnter”in əsas komandasında debüt edib və 1977-ci ilə qədər klubun formasını geyinib. O, “İnter”lə 4 dəfə İtaliya çempionu olub, 2 Çempionlar Kuboku və 2 Qitələrarası Kubok qazanıb. Ümumilikdə klubda 565 oyuna çıxaraq 158 qol vurub. İtaliya millisində 70 oyun keçirən Mazzola 22 qola imza atıb.
Media19.09.2026 20:03
Türkiyəli ulduz futbolçudan pis xəbər
“Yuventus” və Türkiyə milli komandasının gənc ulduzu Kenan Yıldız ciddi zədə problemi ilə üzləşib. Sfera.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasının ilk turunda “Frozinone” ilə matçda (1:0) sol ayağından zədələnərək 69-cu dəqiqədə əvəzlənən 21 yaşlı hücumçu tibbi müayinədən keçib. Müayinələrin ilkin nəticələri Turin klubunun texniki heyətində narahatlıq yaradıb. Məlumata əsasən, futbolçunun sol ayağında yaranan problem səbəbindən əməliyyat olunma ehtimalı oldukça yüksəkdir.
İdman24.08.2026 19:06
"Neftçi" serbiyalı futbolçunu transfer etdi
"Neftçi" daha bir futbolçu transferini həyata keçirib. Sfera.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Serbiyalı hücumameylli yarımmüdafiəçi Draqolyub Saviç 2+1 il müddətində "ağ-qaralar"ın formasını geyinəcək. 25 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanıb. Əsasən sol vinger mövqeyində çıxış edən Saviç Serbiya, Avstriya və Latviya klublarında çıxış edib. RFS klubu ilə Latviya çempionatının (2023, 2024) və kubokunun (2024) qalibi olub. Sonuncu komandası
İdman18.08.2026 19:58
"Neftçi" bu futbolçu ilə yollarını ayırdı
“Neftçi” futbolçusu İmad Fərəclə yollarını ayırıb. Sfera.az bildirir ki, klubdan verilən məlumata görə, fransalı hücumameyilli yarımmüdafiəçi Tunisin “Esperans” komandasına keçib. “Ağ-qaralar” qarşı tərəfin təklifini və 27 yaşlı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, təklifi müsbət dəyərləndirib. Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və artıq razılıq əldə olunub. Qeyd edək ki, 2025-ci ilin iyul ayında Kiprin AEK (Larnaka) klubundan “Neftçi”yə
İdman14.08.2026 21:59
"Qarabağ" yeni futbolçu axtarışındadır
"Qarabağ" heyəti gücləndirmək üçün yeni futbolçu axtarışlarını davam etdirir. Sfera.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Kiyev "Dinamo"su ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib. "Axtarışlarımız davam edir. Heyətə yeni futbolçular cəlb etmək istəyirik. İnanıram ki, istədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik", - mütəxəssis vurğulayıb. Q.Qurbanov komandanın qolkiperi Mateuş Koxalskinin
İdman05.08.2026 14:18
Matç zamanı meydana ildırım düşdü - Futbolçu öldü - Anbaan video
Taylandda futbol oyunu zamanı meydana ildırım düşməsi faciə ilə nəticələnib. Sfera.az xəbər verir ki, hadisə zamanı bir futbolçu həyatını itirib, daha 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ölkənin cənubundakı Narativat əyalətində güclü yağış altında keçirilən futbol matçı zamanı baş verib. Məlumata görə, ildırım birbaşa meydanın mərkəzinə düşüb. Zərbədən sonra bir neçə oyunçu yerə yıxılıb, meydana daxil olan təcili tibbi yardım briqadaları yaralılara ilkin yardım göstəriblər.
Hadisə05.08.2026 10:13
DÇ: Messi ilkə imza atdı
Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Sfera.az istinadən xəbər verir ki, 39 yaşlı futbolçu mundiallarda məhsuldar ötürmələrinin sayını 10-a çatdıran ilk oyunçu olub. Messi bu göstəriciyə DÇ-2026-nın 1/4 finalında İsveçrə millisi ilə oyunda nail olub. Onun məhsuldar ötürməsini Aleksis Makallister qola çevirərək Argentina yığmasını 1:0 hesabı ilə önə çıxarıb. Qeyd edək ki, Messi əvvəlki mərhələdə Misir millisi ilə
İdman12.07.2026 11:11








