Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsi başa çatıb.
Sfera.az xəbər verir ki, nəticələrə əsasən 1/4 finalın bütün iştirakçıları bəlli olub.
Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç milliləri 1/4 finala vəsiqə qazanıblar. Bu komandalar A Liqasında qrupda ilk iki yeri tutanlardır.
Ən son bu vəsiqəni qazanan Norveç millisi olub. Skandinaviyalılar səfərdə Danimarkaya qalib gələrək (3:2) qrup ikincisi olub.
Bu mərhələnin püşkü noyabrın 20-də atılacaq. 1/4 finalın ilk oyunları 2027-ci il martın 25-27-də, cavab görüşləri isə martın 28-30-da keçiriləcək.
Turnirin final mərhələsi 2027-ci il iyunun 9-13-də təşkil olunacaq.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar ötən mövsümün finalında İspaniyanı penaltilər seriyasında 5:3 hesabı ilə məğlub ediblər. /qol.az






