Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir

Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir
Kateqoriya məlum deyil
T

“Trabzonspor” uruqvaylı hücumçu Darvin Nunyesin icarəyə götürülməsi üçün Səudiyyə Ərəbistanının “Al Hilal” klubu ilə razılığa gəlib.

Sfera.az xəbər verir ki, bu barədə “beIN Sports” məlumat yayıb.

Bildirilib ki, tərəflər Nunyesin icarə əsasında Türkiyə klubuna keçidi ilə bağlı razılıq əldə edib.

Transferin diqqətçəkən məqamlarından biri Nunyesin daha əvvəl “Liverpul”da Məhəmməd Salah ilə birgə çıxış etməsidir. Salahın həmkarına “Trabzonspor”a keçidlə bağlı müsbət rəy verdiyi də iddia olunub.

Qeyd edək ki, Darvin Nunyes 2022-ci ildə “Benfika”dan “Liverpul”a keçib. İngiltərə klubu onun transferinə 85 milyon avro ödəyib.

Uruqvaylı futbolçu ötən mövsümün əvvəlində “Liverpul”dan ayrılaraq “Al Hilal”a transfer olunub./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR