Logo

Hidayət Heydərov bürünc medal qazandı

Hidayət Heydərov bürünc medal qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federaisyasından Sfera.az-a verilən məlumata görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya), Əbdül Malik Umayevi (Belçika) və Akil Qyakovanı (Kosovo) məğlub edərək yarımfinala yüksəlib.

Bu mərhələdə Tacikistan təmsilçisi Məsudi Əhmədzoda uduzan Heydərov üçüncü yer uğrunda görüşdə Böyük Britaniyanı təmsil edən İrakli Qoqinaşvilidən üstün olub.

Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı mükafatların sayı 4-ə çatıb. Daha əvvəl Balabəy Ağayev (60 kiloqram) və Könül Əliyeva (48 kiloqram) qızıl, Rəşad Yelkiyev (66 kiloqram) isə bürünc medal əldə ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR