İslam Rəhimov Avropa çempionu oldu
Kateqoriya məlum deyil
İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.
Sfera.az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə Rəhimov Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.
İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçumuz 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.
Neapolda keçirilən fərdi yarışlarda 36 ölkədən 275 cüdoçu iştirak edir.






