Nunyesin
Daha bir tanınmış futbolçu “Trabzonspor”a keçir
“Trabzonspor” uruqvaylı hücumçu Darvin Nunyesin icarəyə götürülməsi üçün Səudiyyə Ərəbistanının “Al Hilal” klubu ilə razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə “beIN Sports” məlumat yayıb. Bildirilib ki, tərəflər Nunyesin icarə əsasında Türkiyə klubuna keçidi ilə bağlı razılıq əldə edib. Transferin diqqətçəkən məqamlarından biri Nunyesin daha əvvəl “Liverpul”da Məhəmməd Salah ilə birgə çıxış etməsidir. Salahın həmkarına “Trabzonspor”a keçidlə bağlı müsbət rəy verdiyi də iddia olunub.
İdman10.08.2026 10:42

