“Fənərbağça”dan Messiyə gözlənilməz təklif
"Fənərbağça"nın argentinalı futbol ulduzu Lionel Messini heyətinə qatmaq üçün ciddi addım atdığı iddia olunur.
Sfera.az xəbər verir ki, İstanbul klubunun təcrübəli hücumçuya illik 50 milyon avro məvacib təklif etdiyi bildirilir.
Bu barədə idman şərhçisi Barış Yurduseven açıqlama verib. O, "Fənərbağça" rəhbərliyinin Messi ilə bağlı təklifini qətiyyətlə təsdiqlədiyini söyləyib.
Yurdusevenin sözlərinə görə, argentinalı futbolçu həmin vaxt atasının səhhətində yaranan problemlərə görə İstanbul təmsilçisinin təklifini qəbul etməyib.
Şərhçi iddiasını belə ifadə edib: "Bunu 100 faiz əminliklə deyirəm. 'Fənərbağça' Messiyə illik 50 milyon avro maaş təklif etmişdi. Həmin vaxt Messinin atası xəstələnmişdi".
Bu açıqlama futbol ictimaiyyətində maraq doğurub. Lakin Messiyə belə bir təklifin göndərilməsi ilə bağlı klub tərəfindən rəsmi təsdiq verilməyib.






