Milan derbisində qalib müəyyənləşmədi

Milan derbisində qalib müəyyənləşmədi
Kateqoriya məlum deyil
T

İtaliyanın “Milan” və “İnter” klubları arasında yoldaşlıq oyunu keçirilib.

Sfera.az xəbər verir ki, Avstraliyanın Pert şəhərindəki “Optus” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Hesab 52-ci dəqiqədə açılıb. Nikolo Barellanın ötürməsindən sonra Federiko Dimarko “İnter”i önə keçirib.

“Milan” 83-cü dəqiqədə tarazlığı bərpa edib. Kristofer Nkunku cərimə meydançasında Karlos Auqusto tərəfindən qayda pozuntusuna məruz qalıb. Təyin olunan penaltini zərərçəkən futbolçu dəqiq yerinə yetirib.

Qeyd edək ki, görüşü tribunadan 52 310 azarkeş izləyib./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR