Logo

Premyer Liqa: "Sabah" "Turan Tovuz"a məğlub oldu

Premyer Liqa: "Sabah" "Turan Tovuz"a məğlub oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub.

Sfera.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Enrike Silva (28), Joralem Santos (30, 37) rəqib qapısından keçiriblər. Bakı təmsilçisinin heyətində Coy Lens Mikels (70) və Ksander Severina (87) fərqləniblər.

Ehtiyatda daha bir oyunu olan "Sabah" bu qələbədən sonra 20 xalla birinci pillədə qərarlaşıb. Qərb təmsilçisi isə 10 matçdan sonra 18 xalla dördüncüdür.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR